Peskov: Putin və Ərdoğan Ukrayna ilə bağlı təmaslar barədə hələ razılığa gəlməyib

Region
  • 14 oktyabr, 2025
  • 14:21
Peskov: Putin və Ərdoğan Ukrayna ilə bağlı təmaslar barədə hələ razılığa gəlməyib
Dmitri Peskov

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ukrayna nizamlanması üzrə təmaslarla bağlı hələ razılığa gəlməyib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bununla belə, o bildirib ki, lazım gələrsə, iki lider arasında telefon danışığı operativ şəkildə təşkil edilə bilər.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdən Vaşinqtona gedərkən jurnalistlərə Ərdoğanın Ukrayna böhranının nizamlanmasına kömək edə biləcəyini deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti