"Azərxalça"nın məhsulları Bakı aeroportunda satışa çıxarılıb
Biznes
- 15 iyun, 2021
- 07:07

Azərbaycana təyyarə ilə səyahət edənlər vətənlərinə geri dönəndə xalça alıb-aparmaq imkanı qazanıb.
Bu barədə "Report"a "Azərxalça" ASC-dən bildirilib.
Məlumata görə, bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında ("Duty free") səhmdar cəmiyyətinin satış nöqtəsi fəaliyyətə başlayıb. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı, böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.
"Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” yaxın zamanlarda müxtəlif məkanlarda çox saylı satış nöqtələrini açmaqla yanaşı, tarixdə ilk dəfə özünün ilk və ən böyük mağazasının – “showroom”un təqdimatını edəcək", - deyə şirkət bəyan edib.

Son xəbərlər
05:12
Qızıl və kriptovalyutaların qiyməti ucuzlaşıb
Maliyyə04:41
Britaniya "Həyat Təhrir əş-Şam"ı terror təşkilatları siyahısından çıxarıb
Digər ölkələr04:14
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Digər ölkələr03:42
"Könüllülər Koalisiyası" Londonda 12 maddəlik planı müzakirə etməyi planlaşdırır
Digər ölkələr03:20
KİV: Üç böyük şirkət "SpaceX"ə qarşı birləşə bilər
İKT02:54
İzmir sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb
Region02:18
ABŞ Qəzzada atəşkəsə monitorinq mərkəzi açıb
Digər ölkələr02:13
Foto
Dublində miqrantların olduğu hotelin qarşısındakı aksiyalar iğtişaşlara çevrilib
Digər ölkələr01:45