"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə məxsus şirkət ləğv olunur
Biznes
- 29 yanvar, 2021
- 08:58

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər poliklinikası” MMC ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, sözügedən şirkət vaxtilə ASCO-nun balansında olmuş, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) təhvil verilmiş, hazırda Dövlət Gömrük Komitəsinin balansında olan “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.
Son xəbərlər
00:20
Tramp ABŞ-nin "Google" şirkətini cərimələyən Aİ-yə cavab verəcəyini bəyan edib
Digər ölkələr00:16
Foto
Video
DÇ-2026: İslandiya - Azərbaycan matçında növbəti qol vurulub - YENİLƏNİB-7
Futbol23:52
"Bank of America" FES-nin iki dəfə faiz endirimi edəcəyini proqnozlaşdırır
Maliyyə23:27
Ağ Ev ABŞ-dəki iş yerləri ilə bağlı vəziyyətdən məyusluğunu ifadə edib
Digər ölkələr23:09
Livan hökuməti "Hizbullah"ı tərksilah etmək planını təsdiqləyib
Digər ölkələr23:02
"Reuters": Tramp ağır zərbə PUA-larını satmaq üçün qanunvericiliyi dəyişdirəcək
Digər ölkələr22:47
Abşeronda avtomobilin vurduğu piyada ölüb
Hadisə22:37
Ukrayna tarixdə ilk dəfə korrupsionerlərin ölkədən çıxardığı pulları geri qaytarıb
Digər ölkələr22:28
Foto