Azərbaycan şirkəti Özbəkistanda konserv istehsalı zavodu tikəcək
- 16 oktyabr, 2025
- 12:54

Azərbaycan şirkəti Özbəkistanda konserv istehsalı zavodu tikəcək.
"Report" xəbər veri ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
"Danışıqlar zamanı Özbəkistanda konservləşdirilmiş məhsulların istehsalının təşkilinə dair layihənin həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib. Xüsusi diqqət zavodların yerləşəcəyi torpaq sahələrinin seçilməsi, layihələndirmə və infrastruktur təminatı məsələlərinə, həmçinin dövlət dəstəyi tədbirlərinə yönəldilib", - nazirlikdən bildirilib.
Görüşün yekunları üzrə tərəflər əldə edilmiş razılaşmaların operativ şəkildə həyata keçirilməsinə hazır olduqlarını təsdiqləyib və sənaye əməkdaşlığının yeni istiqamətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər. Layihə Azərbaycan şirkəti "NB Holding"in iştirakı ilə həyata keçiriləcək.