Qara dənizdə baş verən son hadisələrin Türkiyənin təhlükəsizliyinə təsirləri müzakirə ediləcək
Region
- 01 dekabr, 2025
- 08:57
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.
"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, NK iclası Türkiyə saatı ilə 15:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq. Toplantıda "Terrorsuz Türkiyə" prosesi, Suriyadakı son vəziyyət və Qəzzaya humanitar yardımların göndərilməsi müzakirə olunacaq.
Bildirilib ki, iclasda Qara dənizdə neft daşıyan tankerlərin zərbə alması məsələsinə xüsusilə diqqət yetiriləcək. Baş verən hadisələrin Türkiyə və regionun təhlükəsizliyinə təsirləri dəyərləndiriləcək.
Xatırladaq ki, noyabrın 28-də Qara dənizdə "Kairos" və "Virat" tankerləri hücuma məruz qalıb.
Son xəbərlər
10:00
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
Energetika09:59
"Sumqayıt"ın legioneri Premyer Liqada yubiley qolunu vurub
Futbol09:59
Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır - EKSKLÜZİV
Maliyyə09:55
Rəsmi Bakı Rumıniyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət09:54
Aida Balayeva Qazaxıstan Baş nazirinin müavini təyin edilib
Region09:46
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Komanda09:41
Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb
Sağlamlıq09:38
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:32
Foto
Video