Bakı metrosunda problem aradan qaldırılıb, qatarlar xəttə daxil olmağa başlayıb - YENİLƏNİB

İnfrastruktur
  • 01 dekabr, 2025
  • 07:40
Bakı metrosunda problem aradan qaldırılıb, qatarlar xəttə daxil olmağa başlayıb - YENİLƏNİB

"Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

Bu barədə "Report"a"Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.

"Nərimanov" elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaşanır.

Bu barədə "Report"a"Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, "Bakmil" stansiyasının fəaliyyəti məhdudlaşıb.

"Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparır. Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat paylaşılacaq", - QSC-dən bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti