Azərbaycan Rusiyaya heyva satışını 3 dəfəyə yaxın artırıb

Biznes
  • 13 noyabr, 2025
  • 15:15
Azərbaycan Rusiyaya heyva satışını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 802 min ABŞ dolları dəyərində 748 ton heyva ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 786 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çox) 743,9 ton (+2,7 dəfə), Səudiyyə Ərəbistanına 13,9 min ABŞ dolları dəyərində (+4,5 %) 0,7 ton (-37 %) və Qazaxıstana 1,6 min ABŞ dolları dəyərində (-45 %) 3,2 ton (-50 %) heyva satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2 903 ton heyvanın 97 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti