Azərbaycan Qətər şirkəti ilə enerji sektorunda əməkdaşlığı nəzərdən keçirir
- 06 sentyabr, 2025
- 16:40

Azərbaycan Qətərin "Power International Holding" şirkəti ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
M.Cabbarov Qətər-ə səfəri çərçivəsində "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Mutaz Al-Xayyat ilə görüşüb.
Nazir bildirib ki, iqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti vurğulanıb: "Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik".
#Qətər-ə səfərimiz çərçivəsində bu ölkənin "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Mutaz Al-Xayyat ilə görüş keçirdik. #İqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyətini vurğuladıq. Şirkətlə #enerji sektorunda… pic.twitter.com/x02dYU57ad
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2025