Azərbaycan Qazaxıstanla Orta Dəhlizlə yükdaşımanın artırılmasına dair sazişlər imzalayacaq

Biznes
  • 21 oktyabr, 2025
  • 11:27
Azərbaycan Qazaxıstanla Orta Dəhlizlə yükdaşımanın artırılmasına dair sazişlər imzalayacaq
Nurlan Jakupov

Azərbaycan və Qazaxıstan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımaların artırılması haqqında sazişlər imzalanacaq.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu "Samruk-Kazyna" Milli Rifah Fondu"nun rəhbəri Nurlan Jakupov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sazişlərdən biri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) ilə imzalanacaq.

"Bu saziş çərçivəsində biz "Bakı Gəmiqayırma Zavodu"nda istehsal olunmuş bərələrin birgə istismarını nəzərdən keçirəcəyik", - N.Jakupov bildirib.

O, bu sənədin Orta Dəhlizin potensialını və rolunu gücləndirməyə xidmət edəcəyini vurğulayıb.

Fondun rəhbəri vurğulayıb ki, hər iki tərəf bu marşrutla yük axınının artırılmasında maraqlıdır, buna görə də gəmilərin növü və konfiqurasiyası üzrə həll yolu axtaracaqlar.

N.Jakupovun sözlərinə görə, 2025-ci ildə Qazaxıstan və BƏƏ tərəfindən yaradılmış birgə müəssisə gəmiqayırma zavodunda 62 milyon ABŞ dolları dəyərində iki bərənin inşası barədə razılığa gəlib.

Milli Rifah Fondunun rəhbəri qeyd edib ki, "Samruk-Kazyna" birgə investisiya fondu və Azərbaycan İnvestisiya Holdinqi arasında SOCAR-la daha bir sənəd imzalanacaq.

"Bu saziş çərçivəsində tərəflər bərpa olunan enerji sahəsində layihələrin birgə nəzərdən keçirilməsi barədə razılığa gəliblər", - o əlavə edib və vurğulayıb ki, imzalanmış sazişlər üzrə yol xəritəsi hazırlanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti