Almaniya Ticarət Palatası Azərbaycanla imkanları real layihələrə çevrilməsini mümkün edən şərtləri açıqlayıb

Biznes
  • 07 oktyabr, 2025
  • 13:15
Almaniya Ticarət Palatası Azərbaycanla imkanları real layihələrə çevrilməsini mümkün edən şərtləri açıqlayıb

Almaniya şirkətləri Azərbaycan və region şirkətləri ilə əməkdaşlığa böyük maraq göstərir.

"Report" xəbər verir ki, bunu Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Narqis Vik "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025" çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Lakin Azərbaycanda bizə həm də şəffaf biznes prosedurları və daha sürətli qərar qəbuletmə prosesləri lazımdır ki, imkanları görə və istifadə edə, onları real layihələrə çevirə bilək", - N.Vik bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman isə qeyd edib ki, Almaniya Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında maraqlıdır.

Səfirin sözlərinə görə, mühüm tendensiyalardan biri Aİ ilə Azərbaycan arasında münasibətlərin gücləndirilməsi və intensivliyinin artırılmasıdır.

"Son həftələrdə biz Brüsseldən - Avropa Komissiyasından, eləcə də Avropa Xarici Fəaliyyət Xidmətindən nümayəndə heyətlərinin səfərlərinin şahidi olmuşuq. Bu, həmin münasibətləri, o cümlədən iqtisadi və ticarət sahələrində əlaqələri yeni səviyyəyə çıxarmaq üçün gözəl fürsət oldu. Almaniya hökuməti olaraq, biz bu yaxınlaşmanı qətiyyətlə dəstəkləyirik, çünki Aİ Azərbaycanın ən güclü ticarət tərəfdaşı və ən böyük investorudur. Beləliklə, gələcəkdə bu münasibətlərin daha da inkişaf etməsi üçün çox böyük perspektivlər var. Avropa qitəsində ən böyük iqtisadiyyata malik olan Almaniya bunda çox maraqlıdır", - R. Horlemann vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti