ACG "Anglo Asian"ın alınması ilə bağlı niyyətini dekabrın 24-nə qədər müəyyənləşdirməlidir

Biznes
  • 27 noyabr, 2025
  • 19:47
ACG Anglo Asianın alınması ilə bağlı niyyətini dekabrın 24-nə qədər müəyyənləşdirməlidir

Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining PLC" (AAM) şirkəti bu ölkənin "ACG Metals Limited" (ACG) şirkətindən AAM-in alınması niyyəti barədə dekabrın 24-dək konkret cavab gözləyir.

Bu barədə "Report" AAM-in bəyanatına istinadən xəbər verir.

"AAM "Anglo Asian Mining"in buraxılmış və buraxılacaq adi səhm paketinin alınması ilə bağlı təklif vermək imkanını araşdırma mərhələsində olması ilə bağlı "ACG Metals Limited" şirkətinin noyabrın 26-dakı bəyanatına diqqət çəkir. ACG ən geci dekabrın 24-ü saat 17:00-a qədər ya "Anglo Asian"ın alınmasını təklif etmək niyyətini elan etməli, ya da belə bir təklif vermək niyyətində olmadığını bildirməlidir", - bəyanatda deyilir.

Qeyd olunub ki, 2025-ci ildə "Anglo Asian" Azərbaycanda iki yeni mədəni vaxtında və büdcə çərçivəsində istismara verib ki, bu da onun ölkədə çoxillik uğurlu iş təcrübəsini təsdiqləyir.

ACG əlvan metal, həmçinin qızıl və gümüş hasilatı üzrə ixtisaslaşmış Britaniya şirkətidir. Şirkət Türkiyədə "Gediktepe" mis-qızıl mədəninə sahibdir.

ACG-nin səhmləri London Fond Birjasında ticarət olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti