Naxçıvana payızlıq əkin üçün yüksək keyfiyyətli taxıl toxumu gətirilib

ASK
  • 15 oktyabr, 2025
  • 17:37
Naxçıvana payızlıq əkin üçün yüksək keyfiyyətli taxıl toxumu gətirilib

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkin mövsümündə fermerlərə dəstək məqsədilə onları yüksək reproduksiyalı buğda və arpa toxumu ilə təmin edib.

"Report"un yerli bürosu xəbər verir ki, toxumlar Naxçıvanın iqlim şəraitinə uyğundur və fermerlərin tələbatının bir hissəsini qarşılayacaq, məhsuldarlığın artmasına və resursların daha səmərəli istifadəsinə imkan yaradacaq.

Hazırda toxumlar mərhələli şəkildə muxtar respublikaya gətirilir və fermerlərə satılır.

"Fermerlərin əvvəlki illərin məhsulundan saxladıqları toxumlardan istifadə etməsi məhsuldarlığın azalmasına, həmçinin su və gübrə kimi resursların itkisinə səbəb olur. Buna görə də yüksək keyfiyyətli toxumların əkin materialı kimi istifadəsi əkinçiliyin inkişafı və məhsuldarlığın yüksəlməsi üçün vacibdir. Fermerlər 'Naxçıvan Toxumçuluq' MMC-yə müraciət edərək toxum əldə edə bilərlər", – deyə Nazirlikdən bildirilib.

Bu il muxtar respublikada 17 580 hektardan çox sahədə taxıl əkilib. Əkinlərdən ümumilikdə 37 648 tondan çox məhsul götürülüb, orta məhsuldarlıq isə 25,1 sentner/hektar olub.

Nazirlik məhsuldarlığın artırılması məqsədilə maarifləndirmə tədbirləri aparır, fermerlər üçün düzgün əkin texnologiyası, eləcə də aqrotexniki qulluq qaydalarına dair səyyar aqronom xidməti təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti