Məcnun Məmmədov: "İşçi başına düşən məhsul istehsalı üzrə Qafqazda birinciyik"

ASK
  • 13 noyabr, 2025
  • 14:37
Məcnun Məmmədov: İşçi başına düşən məhsul istehsalı üzrə Qafqazda birinciyik

Azərbaycan kənd təsərrüfatında işçi başına düşən məhsul istehsalı üzrə Qafqazda birinci yerdədir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

"Yəni Azərbaycanda həm Ermənistan, həm də Gürcüstanla müqayisədə işçi başına daha çox məhsul istehsal olunur, hektar başına daha çox məhsuldarlıq əldə edilir. Lakin bu mənada inkişaf etmək üçün geniş imkanlar var", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, nazirlik fermerlərin bazarlara çıxışı ilə bağlı ən çox kooperativləşmə mexanizmini təşviq edir: "Çünki fermerlər bir yerdə olduqda daha çox məhsulu bir əldə cəmləşdirə bilirlər. Bu şəkildə birləşmə olarsa, onların məhsullarını satması daha effektiv olacaq. Bizim rolumuz isə onlar üçün infrastruktur yaratmaqdır. Buraya logistik mərkəzlər, silo saxlama depoları və digər infrastrukturlar daxildir" .

Son xəbərlər

Bütün Xəbər Lenti