Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb
- 10 noyabr, 2025
- 16:47
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 142,052 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.
Təkcə oktyabrda Türkiyə Azərbaycana 15,004 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,2 % azdır.
10 ayda Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % artaraq 10,135 milyard ABŞ dollarına, oktyabrda isə 5,8 % artaraq 1,094 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox bu məhsulların idxalını İraq 1 milyard 437,637 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 17,6 % az), ABŞ 742,996 milyon ABŞ dolları (+42,7 %) və Suriya 570 milyon ABŞ dolları (+37,1 %) dəyərində həyata keçirib.