Azərbaycan ağırlıqqaldıranı İslamiadanı üç medalla başa vurub - YENİLƏNİB

Fərdi
  • 10 noyabr, 2025
  • 18:21
Azərbaycan ağırlıqqaldıranı İslamiadanı üç medalla başa vurub - YENİLƏNİB

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını 3 medalla başa vurub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, birdən qaldırmada 155 kq-ın öhdəsindən gələrək ikinci yeri tutan milli üzvü daha iki mükafat əldə edib.

O, təkanla qaldırmada 190 kq nəticə ilə üçüncü olub. Təmsilçimiz toplamda isə 345 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) isə 1 gümüş və 2 bürünc mükafata yiyələnib.

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, birdən qaldırmada gümüş mükafata sahib çıxıb.

R.Alməmmədov 155 kq-ın öhdəsindən gəlib.

Qeyd edək ki, bu Azərbaycan ağırlıqqaldıranların İslamiadada 7-ci medalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti