Yunanıstan Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Xarici siyasət
- 02 oktyabr, 2025
- 17:55
Yunanıstan Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Misotakis Kopenhagendə azərbaycanlı jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, Yunanıstan boru kəməri qazı vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın töhfəsini yüksək qiymətləndirir.
"Biz, Yunanıstan və Avropa olaraq bu əməkdaşlığı genişləndirmək üçün əlavə imkanları nəzərdən keçiririk. Eyni zamanda Yunanıstan maye təbii qaz idxalı imkanlarını genişləndirməyə çalışır. Azərbaycanı Yunanıstan üçün uzunmüddətli və etibarlı enerji təchizatçısı kimi görürük", - Baş nazir bildirib.
Son xəbərlər
02:17
Putinin köməkçisi: Rusiya ilə ABŞ arasında təmaslar davam edəcək
Region02:06
Uşakov: Kremldə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub
Region02:04
Xəzərin sahilində tapılan ölü suitilərin sayı 500-ə çatıb - Yenilənib
Digər01:37
Foto
Putinlə Uitkoff arasında 5 saatdan çoxdur davam edən görüş yekunlaşıb - Yenilənib-2
Digər ölkələr01:21
Lavrov ATƏT-i kəskin tənqid edib
Region00:48
"ChatGPT"nin işində nasazlıq yaranıb
İKT00:22
Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb
Futbol23:53
Ceyhun Bayramov qambiyalı həmkarını xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib
Xarici siyasət23:47