Fatimə Şəfizadə: "Gimnastların sabah da layiqli mübarizə aparacaqlarına inanıram"
- 02 oktyabr, 2025
- 19:16

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə idmançıların növbəti yarışlarda layiqli nəticələr göstərəcəyinə inanır.
"Report"un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə bunu federasiya rəsmisi jurnalistlərə açıqlamasında deyib.
O, gimnastların nəticələrini dəyərləndirib:
"Dünən təsnifat yarışları olmuşdu. Bu gün komanda finalında çıxış etdik. Sevindirici haldır ki həm qızlar, həm də oğlanlar arasında finalda təmsil olunduq. Qızların yarışında istədiyimiz nəticələri əldə etməsək də, oğlanlar bizi sevindirdilər. Azərbaycana gümüş medal qazandırdılar. Sinxron proqramda mübarizəyə davam edəcəyik. İnanıram ki, idmançılarımız layiqli çıxış edəcəklər. Şəki camaatını gimnastika yarışlarına dəvət edirəm, onları Azərbaycan idmançılarına dəstək olmağa çağırıram".
Qeyd edək ki gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.