Yekaterina Tsivtsivadze: Gürcüstan-Azərbaycan Media Forumunun 2026-cı ildə keçirilməsi planlaşdırılır
- 05 dekabr, 2025
- 15:25
2026-cı ildə Gürcüstanda Gürcüstan-Azərbaycan Media Forumunun keçirilməsi planlaşdırılır.
Bu barədə "Report"a Abxaziya Muxtar Respublikasının Tbilisidəki İnformasiya-Analitik Mərkəzinin direktoru Yekaterina Tsivtsivadze bildirib.
O bu gün Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun təcrübə mübadiləsi üçün vacibliyini vurğulayıb, çünki Gürcüstan və Azərbaycanın bir çox oxşar problemləri var.
"Gələn il mərkəzimiz Gürcüstanda regiondakı münaqişələrə həsr olunmuş analoji forum keçirməyi planlaşdırır", - o bildirib.
Y.Tsivtsivadze əlavə edib ki, kütləvi informasiya vasitələrində dezinformasiya təkcə Gürcüstan və ya Azərbaycanın problemi deyil, bu, həm də XXI əsrin çağırışıdır.
O, faydalı məlumatları əldə etmək və təhlükəli və ya yanıldıcı məzmundan qaçmaq üçün gündəlik həyatda və media təcrübələrində yeni texnologiyalardan düzgün istifadənin vacibliyini vurğulayıb.