Binəqədidə partlayışda xəsarət alanlar Yanıq Mərkəzinə hospitalizasiya olunublar - YENİLƏNİB

Hadisə
  • 05 dekabr, 2025
  • 18:11
Binəqədidə partlayışda xəsarət alanlar Yanıq Mərkəzinə hospitalizasiya olunublar  - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə "Report"a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən baş verən partlayışla bağlı həmin ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə 3 kişi Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Binəqədidə partlayışda xəsarət alanlar Yanıq Mərkəzinə hospitalizasiya olunublar - YENİLƏNİB

Son xəbərlər

Bütün Xəbər Lenti