Yalçın Rəfiyev: Bakıda D-8 təşkilatı çərçivəsində üç istiqamət üzrə yeni mərkəzlər açılacaq
- 06 dekabr, 2025
- 10:56
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üç istiqamət üzrə yeni mərkəzlər açılacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu mərkəzlər D-8 təşkilatı çərçivəsində daha sıx əməkdaşlıq etmək məqsədi daşıyır:
"Həmin mərkəzlər iqlim, media və nəqliyyat sahəsi üzrə fəaliyyət göstərəcək. Bunlar hamısı Azərbaycanın D-8 təşkilatına töhfəsidir. Bizim atdığımız addımlar ölkəmizin təşkilat çərçivəsində necə aktiv iştirak etdiyini göstərir".
Nazir müavini həmçinin bildirib ki, D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir:
"Gənclərin təşəbbüsləri gələcəyimizi formalaşdıracaq. Bu tədbir ideyalarımızın reallaşması üçün ideal fürsətdir".