Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir

Digər ölkələr
  • 07 dekabr, 2025
  • 00:38
Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir

Almaniya Kansleri Fridrix Merts İsraili İordan çayının Qərb sahilinin ilhaqına yönələn hər hansı addımlardan, o cümlədən orada yaşayış məntəqələrinin tikintisindən imtina etməyə çağırıb.

"Report"un məlumatına görə, onun İordaniyaya səfəri zamanı səsləndirdiyi fikirləri Almaniya hökumətinin mətbuat xidməti yayıb.

"Biz Fələstin dövlətçiliyinə aparan yolu açıq saxlamalıyıq. Buna görə də İordan çayının Qərb sahilinin ilhaqına yönələn addımlar ola bilməz – nə formal, nə siyasi, nə tikinti, nə faktiki, nə də digər tədbirlər ki, nəticədə regionun ilhaqına gətirib çıxarsın", – Merts bəyan edib.

Kansler Yaxın Şərq probleminin həllinin iki dövlət – İsrail və Fələstin – əsasında həyata keçirilməsinə sadiqliyini təsdiqləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti