Volter Barone: Hakimlərin təyin edilməsinə siyasi nəzarət olmamalıdır

Xarici siyasət
  • 14 oktyabr, 2025
  • 10:48
Volter Barone: Hakimlərin təyin edilməsinə siyasi nəzarət olmamalıdır
Volter Barone

Hakimlərin təyin edilməsinə siyasi nəzarət olmamalıdır, çünki bu məhkəmələrin çıxardıqları qərarlara siyasi tərəfdən təsir etmək şübhəsi yaradır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) birinci vitse-prezidenti Volter Barone oktyabrın 14-də Bakıda "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, hakimlərə qarşı təzyiqləri pislədiklərini bildirib:

"Demokratiya və qanunun aliliyi pozulmamalıdır. Əks təqdirdə geriyə atılmış addım olar. Məsələn, vətənim Braziliyanın məhkəmə sistemində ciddi problemlər vardı. Məhkəmələrə müdaxilə edilirdi. Digər ölkələrdə də müvafiq müdaxilələr var. Məhkəmələrə, hakimlərə müdaxilə etmək, onun çıxaracağı qərara təsir etmək olmaz. Biz hakimlərə qarşı təzyiqləri pisləyirik. Hakimlərin müstəqilliyi insanların da hüququdur. Eyni zamanda, hakimiyyət qolları arasında qarşılıqlı hörmət olmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti