“Haber Global”ın efirində türkiyəli ekspert: “Məqsədimiz Xankəndidə də baş konsulluq açmaqdır”

Xarici siyasət
  • 13 iyun, 2023
  • 13:37
“Haber Global”ın efirində türkiyəli ekspert: “Məqsədimiz Xankəndidə də baş konsulluq açmaqdır”

“Məqsədimiz Xankəndidə də baş konsulluq açmaqdır”.

“Report” xəbər verir ki, bunu Türkiyəli politoloq Abdullah Ağar “Haber Global” TV-nin efirində Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.

“Odur ki, mübarizəmiz hələ başa çatmayıb. Azərbaycan lazım olsa, hətta hərbi güc də tətbiq edə bilər”, - o vurğulayıb.

A.Ağar qeyd edib ki, Şuşada Türkiyənin Baş konsulluğunun açılması siyasi və diplomatik əhəmiyyətlidir.