Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-2

Hadisə
  • 07 iyun, 2026
  • 16:53
Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın şaxtasındakı elektrik kabelləri, damındakı havalandırma qurğusunun mühərriki və ətrafa yığılmış taxta qırıntıları yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.