Türkiyəli deputat: Azərbaycanın davamlı olaraq güclənməsi bizi qürurlandırır

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 12:17
Türkiyəli deputat: Azərbaycanın davamlı olaraq güclənməsi bizi qürurlandırır

Azərbaycanın Cənubi Qafqazda davamlı olaraq güclənməsi və irəliləməsi Türkiyəni qürurlandırır.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi (TBMM) Bürosunun üzvü Hasan Turan Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə bölgədə və dünyada sülh, əmin-amanlıq və qardaşlıq istəyir: "Konstitusiyalar buna zəmanət verir, ortaq razılaşmalar, sosial müqavilələr isə bunu təmin edir".

TBMM üzvü bildirib ki, Türkiyə Qəzzada atəşkəsin təmin olunmasını, Fələstində sülh və əmin-amanlığın bərqərar edilməsini tələb edir.

"Biz paytaxtı Qüds olan suveren, müstəqil və vahid Fələstin dövlətinin qurulmasını tələb edirik. Bu səbəbdən Türkiyə olaraq biz həmişə Fələstin xalqının yanında olmuşuq", - H.Turan vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti