Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib

Region
  • 29 oktyabr, 2025
  • 22:25
Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib
Mixail Kavelaşvili

Gürcüstan prezidenti Mixail Kavelaşvili hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının üç müxalifət partiyasının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarını dəstəkləyir.

"Report" xəbər verir ki, Kavelaşvili bu barədə Gürcüstanın "Acarıstan" telekanalına müsahibəsində bildirib.

"Onlar (müxalifət -Qeyd) xaricdən maliyyələşərək siyasi mühiti belə qəsdən zədələyəndə,məncə, belə siyasi partiyaların bizim siyasi məkanda mövcudluğunu dayandırmasına şərait yaradılır", - deyə o qeyd edib.

Qeyd edək ki, hakim "Gürcü arzusu" müxalifət partiyalarının "Dəyişiklik naminə Koalisiya", "Güclü Gürcüstan - Lelo" və "Vahid Milli Hərəkat" partiyalarının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti