TDT-nin Elm, Texnologiya, Sənaye və İnnovasiyadan məsul 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

Xarici siyasət
  • 08 oktyabr, 2025
  • 12:54
TDT-nin Elm, Texnologiya, Sənaye və İnnovasiyadan məsul 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

Türk Dövlətləri Təşkilatının (TDT) Elm, Texnologiya, Sənaye və İnnovasiyadan məsul 2-ci Nazirlər Toplantısı oktyabrın 23-24-də Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.

Məlumata görə, TDT-yə üzv dövlətlər və müşahidəçi ölkələr bu sahələrdə əməkdaşlığı gücləndirmək üçün fəal iştirakı təşviq etdiklərini bəyan ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti