Azərbaycan Omanla dayanıqlı iqtisadiyyata keçid mexanizmlərini müzakirə edib

Biznes
  • 08 oktyabr, 2025
  • 14:28
Azərbaycan Omanla dayanıqlı iqtisadiyyata keçid mexanizmlərini müzakirə edib

Azərbaycan və Oman arasında dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqi ilə bağlı birgə fəaliyyət müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Oman Sultanlığına işgüzar səfərimiz zamanı Oman İnvestisiya Bankının baş icraçı direktoru vəzifəsini icra edən Məhəmməd Al Habsi ilə görüşdə Azərbaycan və Oman arasında investisiya əlaqələrinin şaxələndirilməsi istiqamətlərini vurğuladıq.

Müasir istehsal infrastrukturunun qurulmasının, dövlət-özəl tərəfdaşlığının təşviqinin və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqinin əhəmiyyətini qeyd edərək potensial sahələrdə birgə fəaliyyətin təşkili imkanlarını nəzərdən keçirdik".

Son xəbərlər

Bütün Xəbər Lenti