Səfir: Yaxın zamanda Sudanla Azərbaycan ilk dəfə siyasi əlaqələri müzakirə etmək üçün toplantı keçirəcək

Xarici siyasət
  • 01 noyabr, 2025
  • 11:17
Səfir: Yaxın zamanda Sudanla Azərbaycan ilk dəfə siyasi əlaqələri müzakirə etmək üçün toplantı keçirəcək

Yaxın zamanda Sudanla Azərbaycan arasında ilk dəfə siyasi əlaqələri müzakirə etmək üçün toplantı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa "Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)" haqqında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Sudan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü qeyd edilir:

"İki dövlət arasında səfərlərin, qarşılıqlı əlaqələrin artmasına təkan vermək üçün müzakirələr aparılacaq. Xatırladım ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər, energetika, elm və təhsil nazirləri ilə görüşmüşük".

Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb.

Məlumata görə, 2024-cü ilin mayında Sudanın Əl-Faşir şəhərində mühasirə başlayandan bəri ölənlərin ümumi sayının 14 mindən çoxdur.

Hazırda Sudanda 18 yaşayış məntəqəsi silahlı üsyançılar tərəfindən dağıdılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti