Səfirlik Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət edib
Xarici siyasət
- 21 may, 2021
- 14:36

Rusiya ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılara müraciət edilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, müraciəti Azərbaycanın Rusiyadakı Səfirliyi yayıb.
Müraciətdə qeyd olunur ki, Azərbaycan vətəndaşları iyunun 15-dək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər.
Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə (təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaq. Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etmələri tövsiyə edilir.
Son xəbərlər
07:40
Salyanda yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var
Hadisə07:21
Əfqanıstanda zəlzələ nəticəsində azı iki nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB
Digər ölkələr07:11
Foto
Tiencində Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb
Xarici siyasət06:49
ABŞ fələstinlilərə vizalarının əksər növlərinin verilməsini dayandırıb
Digər ölkələr06:36
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Digər ölkələr06:16
Yamal XXI əsrdə La Liqada penalti vuran ən gənc futbolçu olub
Futbol05:54
Honq Konq polisi 330 kq-dan çox narkotik vasitəsni müsadirə edib
Digər ölkələr05:26
Sidneydə avtomobil Rusiya Baş Konsulluğunun qapısına çırpılıb, xəsarət alan var
Digər ölkələr04:17