Yamal XXI əsrdə La Liqada penalti vuran ən gənc futbolçu olub
Futbol
- 01 sentyabr, 2025
- 06:16
Kataloniya təmsilçisi "Barselona"nın ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının III turunda "Rayo Valyekano" ilə matçın 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, XXI əsrdə La Liqada ən gənc penalti vuran futbolçu olub.
"Report" xəbər verir ki, bu barədə "Squawka" statistika portalı məlumat yayıb.
Portalın məlumatına görə, 1:1 hesabı ilə yekunlaşan qarşılaşma zamanı Yamalın 18 yaşı (18 yaş, 49 gün) olub.
Xatırladaq ki, "Barselona" növbəti oyununu sentyabrın 14-də evdə "Spotify Camp Nou" stadionunda "Valensiya"ya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Son xəbərlər
10:10
Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol10:09
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Energetika10:04
Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
Daxili siyasət09:50
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb
Ekologiya09:49
Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib
İKT09:46
Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb
Hadisə09:44
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:32
Azərbaycan Bəhreyni milli bayramı münasibətilə təbrik edib
Xarici siyasət09:31