Səfir: Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı müsbət razılaşmalar əldə olunub
- 04 noyabr, 2025
- 14:12
Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı müxtəlif sahələr üzrə müsbət razılaşmalar əldə edilib.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
O, Azərbaycan və İran prezidentləri arasında möhkəm dostluq münasibətinin qurulduğunu vurğulayıb:
"Bildiyiniz kimi, son bir neçə ay ərzində İran Prezidenti Məsud Pezeşkian iki dəfə Azərbaycana səfər edib - birinci dəfə Bakıya, ikinci dəfə isə Xankəndiyə. Bu səfərlər və keçirilən görüşlər nəticəsində çox müsbət razılaşmalar əldə olunub, münasibətlər daha da möhkəmlənib.
Həmin razılaşmalar həm iqtisadi, həm də digər, o cümlədən siyasi əlaqələrə aiddir. Bu da onu göstərir ki, mövcud imkanlardan səmərəli şəkildə istifadə etmək zəruridir. Tam əminliklə deyə bilərəm ki, hazırda siyasi və digər sahələrdə əlaqələrimiz düzgün istiqamətdə, sağlam şəkildə inkişaf edir. Gələcəkdə isə bu münasibətlərin daha da inkişaf edəcəyinə inanırıq".