Səfir: “Britaniya transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycana kömək edir”

Xarici siyasət
  • 03 iyun, 2021
  • 08:27
Səfir: “Britaniya transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycana kömək edir”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birlikdə Astara sərhəd keçid məntəqəsinə baş çəkib.

“Report” xəbər verir ki, bunu diplomat tvitter səhifəsində yazıb.

“Böyük Britaniya transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycana kömək edir”, - səfir bildirib.