Səfir: "Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir"
Xarici siyasət
- 12 noyabr, 2020
- 13:33
“Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bu da prezidentlərimiz arasındakı işgüzar tərəfdaşlıq münasibətləri ilə şərtlənir. İki ölkənin xarici işlər nazirlikləri, səfirlikləri arasında yaxın təmaslar var. Qarşıya çıxan bütün problemləri dostca, tərəfdaş kimi yoluna qoyuruq. Hər bir problemi açıq danışırıq”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı bildirib.
“İqtisadi gündəmə dair deyə bilərəm ki, 2018-ci ildə Soçidə hər iki prezidentin də iştirakı ilə 18-dən artıq iqtisadi sənəd imzalanıb. İqtisadi inkişaf sahəsinə dair belə həcmdə hüquqi baza heç bir başqa MDB ölkəsi ilə yaradılmayıb”, - səfir qeyd edib.
Son xəbərlər
19:14
Ukrayna Müdafiə Nazirliyi: İsveç ən böyük hərbi yardım paketlərindən birini hazırlayır
Digər ölkələr18:54
Mart ayı üçün hasilat planının müzakirə edildiyi "OPEC+" toplantısı başlayıb
Energetika18:39
Kran-Montanadakı barda baş verən yanğında ölənlərin sayı 41 nəfərə çatıb
Digər ölkələr18:20
Foto
Bakıda Gənclər Festivalı keçirilir
Daxili siyasət18:16
Cəlilabadda balta ilə xəsarət yetirilənlərin kimliyi məlum olub, saxlanılan var - YENİLƏNİB
Hadisə18:09
Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
Ekologiya18:01
Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla məğlub edib
Futbol17:55
Foto
Naxçıvanda bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb
Hadisə17:53