Cəlilabadda əmiləri tərəfindən baltalanan yeniyetmələrdən biri ölüb - YENİLƏNİB-3
- 01 fevral, 2026
- 21:08
Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən qız ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq, yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Cəlilabadda baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır.
Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 01.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (1-i qadın, 1-kişi) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, onlar rayonun Üçtəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.