Şahin Mustafayev və Fərzanə Sadeq Araz dəhlizində görülən işlərlə tanış olublar

Xarici siyasət
  • 24 sentyabr, 2025
  • 13:13
Şahin Mustafayev və Fərzanə Sadeq Araz dəhlizində görülən işlərlə tanış olublar

Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olub, əyalətin valisi Bəhram Sərmətslə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat yayıb.

Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanmış və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.

Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunub və yerləşmə ərazisinə baxış keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti