Sahibə Qafarova: Türkiyə Qarabağdakı bərpa-quruculuq işlərində Azərbaycanın yanındadır

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 19:49
Sahibə Qafarova: Türkiyə Qarabağdakı bərpa-quruculuq işlərində Azərbaycanın yanındadır

Bu gün Türkiyə Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərində Azərbaycanın yanındadır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sahibə Qafarova vurğulayıb ki, azərbaycanlılar Türkiyənin uğurlarına öz uğuru kimi sevinir:

"Şuşa Bəyannaməsi münasibətlərimizi ən yüksək səviyyəyə yüksəldib. Müxtəlif sahələrdə əməkdaşlıq xalqlarımızın rifahına xidmət edir. Birgə layihələr Cənubi Qafqazın inkişafına böyük töhfə verir. Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edir. 44 günlük müharibədə Türkiyənin mənəvi olaraq yanımızda olmasını heç vaxt unutmayacağıq. Bu gün Türkiyə Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərində Azərbaycanın yanındadır. Bərabərliyimiz hər iki ölkə üçün daim uğur gətirəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti