ABŞ iqtisadiyyatı şatdauna görə 7-14 milyard dollar itirə bilər

Digər ölkələr
  • 29 oktyabr, 2025
  • 23:57
ABŞ iqtisadiyyatı şatdauna görə 7-14 milyard dollar itirə bilər

Amerika iqtisadiyyatı hökumətin bağlanması səbəbindən 7-14 milyard dollar itirmək riski altındadır.

"Report"un məlumatına görə, bu, ABŞ Konqresinin Büdcə Bürosunun mütəxəssislərinin hesablamalarından irəli gəlir.

Analitiklər mövcud vəziyyətin iqtisadi təsiri üçün üç ssenari hazırlayıblar. Birincisi hökumətin oktyabrın 29-da, ikincisi noyabrın 12-də, üçüncüsü isə noyabrın 26-da fəaliyyətini bərpa edəcəyini nəzərdə tutur.

Ekspertlər hökumətin bağlanmasının ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyinə inanır. Konkret olaraq, dördüncü rübdə real ÜDM artımı bir-iki faiz bəndi azalacaq. Zərərlərin böyük hissəsi bərpa edilsə də, 7-14 milyard dollar arası itkiləri geri qaytarmaq mümkün olmayacaq.

Qurum hökumətin bağlanmasının konkret iqtisadi təsirinin aydın olmadığını vurğulayır. Çox şey bağlanma zamanı administrasiyanın verdiyi qərarlardan asılı olacaq. Bundan əlavə, federal işçilərin və podratçıların kompensasiya ödənişlərinin gecikməsinə necə reaksiya verəcəyi məlum deyil.

Xatırladaq ki, oktyabrın 1-də Şərq vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 08:00) Amerikanın dövlət qurumları fəaliyyətini dayandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti