Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb
Xarici siyasət
- 28 avqust, 2025
- 18:21
Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.
Bununla belə, səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirlik fəaliyyətini davam etdirir.
Son xəbərlər
19:28
Milli Paralimpiya Komitəsinin rəhbərliyi Avropa çempionatlarında çıxış etmiş paralimpiyaçılarla görüşüb
Fərdi19:24
Tbilisidə "Şükriyyə" tamaşası nümayiş olunur
İncəsənət19:21
Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb
Daxili siyasət19:15
Foto
"Birlik – 2025" birgə təliminin açılış mərasimi keçirilib
Hərbi19:11
İsrail "Rəfah" keçid məntəqəsini açmayacaq
Digər ölkələr19:11
Foto
"Bank of Baku"dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə
Maliyyə19:09
Futzal üzrə Azərbaycan Yüksək Liqasında V turun oyunları baş tutub
Komanda19:01
Foto
AFFA-da "Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi" seminarı keçirilib
Futbol19:00