Futzal üzrə Azərbaycan Yüksək Liqasında V turun oyunları baş tutub

Komanda
  • 14 oktyabr, 2025
  • 19:09
Futzal üzrə Azərbaycan Yüksək Liqasında V turun oyunları baş tutub

Futzal üzrə Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.

"Report" xəbər verir ki, qarşılaşmalar "Olimpik Star"da baş tutub.

Çempionatın favoritlərinin - "Araz-Naxçıvan" ilə "Neftçi" İK-nin duelində paytaxt təmsilçisi qələbəyə sevinib - 5:4.

Digər iki matçda U-19 kollektivi "Lənkəran"ı 6:5, "Baku Fire" isə "Şuşa"nı 4:2 hesabı ilə məğlub edib.

Xal durumu: "Neftçi" İK – 13, "Baku Fire" – 11, "Araz-Naxçıvan" – 10, "Şuşa" – 6, U-19 – 3, Lənkəran – 0.

Son xəbərlər

Bütün Xəbər Lenti