Nauseda: Litva Klaypeda limanındakı terminal vasitəsilə Ukraynaya qaz tədarük etməyə hazırdır

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 20:30
Nauseda: Litva Klaypeda limanındakı terminal vasitəsilə Ukraynaya qaz tədarük etməyə hazırdır

Litva Klaypeda dəniz limanında fəaliyyət göstərən terminal vasitəsilə Ukraynaya mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır.

"Report" xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda bunu ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında bildirib.

"Prezident vurğulayıb ki, Litva Klaypedadakı mayeləşdirilmiş təbii qaz terminalı vasitəsilə Ukraynaya davamlı təbii qaz tədarükünü təmin edəcək həllərə hazırdır", - Litva Prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Dəniz yolu ilə qaz qəbulu üçün Klaypeda terminalı 2014-cü ilin dekabr ayında istifadəyə verilib. Əvvəllər Litvanın qaz şəbəkələri yalnız şərq istiqamətində inteqrasiya olunurdu. Bu, 101 milyon avroya başa gəlib. Vilnüs həmçinin Norveç şirkətinin "Hoeg LNG" şirkətinə baza gəmisi olan "Independence"in icarəsi üçün 10 il müddətinə əlavə 56 milyon avro ödəyib. Litva onu dekabr ayında 138,04 milyon dollara alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti