Ramil Həsən: TÜRKPA Şimali Kiprə gələcək fəaliyyətində dəstək göstərməyə hazırdır
- 20 noyabr, 2025
- 09:50
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şimali Kipr Türk Respublikasına gələcək fəaliyyətlərində mümkün olan bütün dəstəyi göstərməyə hazırdır.
"Report" xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Ramil Həsən Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşündə deyib.
Görüşdə Ramil Həsən Şimali Kiprin TÜRKPA ilə müşahidəçi statusu çərçivəsində faydalı və dinamik əməkdaşlığından bəhs edib.
Baş katib TÜRKPA-nın 2026-cı il üçün mühüm, strateji və irimiqyaslı təşəbbüslər planlaşdırdığını qeyd edib. O, bu təşəbbüslərin bir çoxunda Şimali Kipr nümayəndə heyətinin də aktiv şəkildə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Ünal Üstel isə TÜRKPA və Şimali Kiprin qarşılıqlı əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə və dəstəyin ardıcıl davam edəcəyinə inandığını vurğulayıb.