Qırğızıstanda parlament seçkilərini Azərbaycandan 25 müşahidəçi izləyəcək

Xarici siyasət
  • 28 noyabr, 2025
  • 13:23
Qırğızıstanda parlament seçkilərini Azərbaycandan 25 müşahidəçi izləyəcək

Azərbaycan Qırğızıstanda parlament seçkilərini izləmək üçün 25 müşahidəçi göndərib.

"Report" Qırğızıstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, bunu Azərbaycan MSK-nın sədri Məzahir Pənahov qırğız həmkarı Tınçtık Şaynazarovla görüşdə deyib.

"Görüş zamanı tərəflər Qırğızıstanda yeni seçki sistemi əsasında keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər. M.Pənahov bildirib ki, Qırğızıstanda parlament seçkilərini müşahidə etmək üçün Azərbaycandan olan 25 müşahidəçi MDB, MDB Parlamentlərarası Assambleyası, Türk Dövlətləri Təşkilatı, TürkPA, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT Parlament Assambleyası, AŞPA missiyalarının tərkibində təmsil olunur", - məlumatda deyilir.

M.Pənahov həmçinin iki ölkənin seçki komissiyaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib və qarşıdan gələn seçkilərin uğurla keçirilməsini arzu edib.

Qeyd edək ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti