Prorektor: İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır

Elm və təhsil
  • 28 noyabr, 2025
  • 13:49
Prorektor: İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır

İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır.

"Report" xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Vəfa Kazdal "Peşələrin Sammiti"ndə deyib.

Onun sözlərinə görə, ömür boyu öyrənmək artıq zamanın çağırışıdır:

"Ömür boyu öyrənməyə sərmayə yatırılmalıdır. Davamlı təhsil və bacarıq yenilənməsinin mexanizmlərini ortaya qoymaq üçün ömürboyu təhsil mədəniyyəti yaranmalı, bu mədəniyyəti şüurun bir hissəsinə çevirəcək mühit formalaşmalıdır. Bu prosesdə daxili və xarici motivasiya önəmlidir".

O qeyd edib ki, davamlı öyrənmə təşkilati mədəniyyətin əsas hissəsinə çevrilməsə, bu sahədə müsbət nəticə əldə etmək mümkün deyil:

"Əgər fərdlərin, işçilərin, əməkdaşların çakışdıqları quruma sadiqliyi artırsa, orada inkişaf baş verir. Bu isə uzunmüddətli rəqabətə gətirib çıxarır".

Son xəbərlər

Bütün Xəbər Lenti