Qazaxıstan müdafiə naziri hərbi paradda iştirak etmək üçün Bakıya gəlib

Xarici siyasət
  • 08 noyabr, 2025
  • 13:07
Qazaxıstan müdafiə naziri hərbi paradda iştirak etmək üçün Bakıya gəlib

Qazaxıstanın müdafiə naziri Dauren Kosanov II Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə yazıb.

"Bir neçə dəqiqədən sonra Bakıda hərbi parad başlayacaq. Qazaxıstanın müdafiə naziri paradda iştirak etmək üçün xüsusi olaraq gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun", - o yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti