İslamiada: Azərbaycanın stolüstü tennis millisinin 1/4 finaldakı rəqibi müəyyənləşib - Yenilənib

Komanda
  • 09 noyabr, 2025
  • 13:50
İslamiada: Azərbaycanın stolüstü tennis millisinin 1/4 finaldakı rəqibi müəyyənləşib - Yenilənib

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının 1/4 finalındakı rəqibi müəyyənləşib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, yığma Maldiv adaları kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması bu gün Pakistanı 8:3 hesabı ilə üstələyərək C qrupunun qalibi kimi 1/4 finala adlayıb.

Qadınlardan ibarət Azərbaycanın stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Pakistana qalib gəlib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, yığma C qrupundakı sonuncu matçında 8:3 hesablı qələbəyə sevinib.

Milli komanda bu nəticə ilə qrupu qalib başa vurub və 1/4 finala adlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti