İlham Əliyev Tiencin şəhərində "Powerchina group" şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşüb
Xarici siyasət
- 02 sentyabr, 2025
- 11:19

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində "Powerchina group" şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə şirkətin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, "ağıllı enerji sistemləri"nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Son xəbərlər
16:23
Azərbaycan klubu Mavritaniya millisinin üzvünü transfer edib
Futbol16:22
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb
Maliyyə16:20
NATO-ya üzv dövlətlər ABŞ-dən Ukrayna üçün 2 milyard dollarlıq silah alıb
Digər ölkələr16:13
Azərbaycanın ərzaq təhlükəsizliyi: imkanlar və çağırışlar - ARAŞDIRMA
ASK16:12
"Moody's": Bərpa olunan enerji Azərbaycana enerji keçidi risklərini azaltmağa kömək edəcək
Energetika16:07
"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzadıb
Futbol16:00
"Beşiktaş"ın futbolçusu Braziliya klubuna transfer olunub
Futbol15:49
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
Energetika15:48