İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

Maliyyə
  • 02 sentyabr, 2025
  • 16:22
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2024-cü ili 3,01 milyon manat xalis zərərlə başa vurub. Halbuki, agentlik 2023-cü ildən 7,652 milyon manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il İRİA-nın gəlirləri 74,047 milyon manat (əvvəlki ilə nisbətən 2 dəfə çox), əməliyyat xərcləri 58,372 milyon manat (64,8 % çox), ümumi və inzibati xərcləri 15,208 milyon manat (72,2 % çox), ehtimal olunan kredit zərərləri üçün ehtiyat xərci 61 min manat (18,7 % az), qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə xərci 276 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 3,14 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə İRİA-nın aktivləri 72,509 milyon manat olub ki, bu da illik müqayisədə 19,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 31,8 % artaraq 55,73 milyon manata çatıb, balans kapitalı isə 8,3 % azalaraq 16,78 milyon manata düşüb.

İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.

Son xəbərlər

Bütün Xəbər Lenti