Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Xarici siyasət
- 14 may, 2026
- 11:01
Prezident İlham Əliyev Paraqvay Prezidenti Santyaqo Penyanı təbrik edib.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".
Son xəbərlər
07:38
Tomas Tuxel: "İngiltərə millisi Meksika ilə matçda əsl xarakter nümayiş etdirdi"
Futbol07:35
Qobustanda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var
Hadisə07:34
Xavyer Aqirre: "İngiltərəyə məğlubiyyətə görə komandamı günahlandıra bilmərəm"
Futbol07:26
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Meksika ilə matçın ən yaxşısı seçilib
Futbol07:15
Foto
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət07:05
DÇ-2026: İngiltərə Meksikaya qalib gələrək 1/4 finala adlayıb - YENİLƏNİB-7
Futbol06:53
Cəbrayıl sakini: Yurdumuza qayıdış gününün sevincini yaşayırıq
Daxili siyasət06:10
Keçmiş məcburi köçkün: Cəbrayıla arzularımızın dalınca gedirik
Daxili siyasət05:22