Politoloq: Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamaqla təşkilatın prinsiplərinə zərbə vurur

Xarici siyasət
  • 02 sentyabr, 2025
  • 14:43
Politoloq: Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamaqla təşkilatın prinsiplərinə zərbə vurur

Nyu-Delhinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü bloklamaq təşəbbüsü Hindistanın Pakistan ilə rəqabətini çoxtərəfli platformalara çıxardığını nümayiş etdirir.

Bu barədə "Report"a pakistanlı politoloq Basim Reza məlumat verib.

"Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamaq qərarı Nyu-Delhinin Pakistan ilə ikitərəfli rəqabətini çoxtərəfli forumlara necə daşıdığını əks etdirir. Nyu-Delhinin bu addımı "Şanxay ruhu"na ziddir", - o bildirib.

Politoloqun sözlərinə görə, Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünə veto qoymaqla Hindistana Azərbaycana qarşı bu cür hərəkətlərin cavabsız qalmayacağını başa salıb.

"İslamabadın nöqteyi-nəzərindən, Pakistan və Azərbaycan arasındakı tərəfdaşlıq sarsılmazdır. Pakistan Azərbaycanın regiondakı strateji əhəmiyyətini qiymətləndirir. Cavab olaraq Pakistan da Ermənistanın ŞƏT-ə üzvlüyünə qarşı çıxdı və bununla Hindistanın birtərəfli hərəkətlərini cavabsız qoymayacağını bildirdi. Bu, həm də Pakistanın Ermənistanla diplomatik əlaqələr qurduğu bir vaxtda baş verdi. Bu da diplomatik məcburiyyətdən daha çox praqmatizmin üstünlüyünü nümayiş etdirən düşünülmüş bir addımdır", - B.Reza əlavə edib.